Xəbər agentlikləri rəhbərləri Bakıya toplaşacaq

Dünyanın bir sıra aparıcı xəbər agentlikləri medianın aktual problemlərini müzakirə etmək məqsədi ilə Bakıda toplaşacaq.

Noyabrın 16-dan 18-ə kimi Bakıda Dünya Xəbər agentliklərinin 5-ci Konqresi keçiriləcək.

Həmin vaxtda eyni zamanda Asiya və Sakit Okean ölkələri xəbər agentlikləri təşkilatının 16-cı baş assambleyası (OANA) da düzənlənəcək.

Dünya Xəbər Agentlikləri Konqresi ilk dəfə 2004-cü ilin sentyabrında Moskvada keçirilib. II, III və IV konqreslər müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanında baş tutub. 2013-cü il noyabrın 17-dən 21-ə kimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda gerçəkləşən sonuncu toplantıda növbəti konqresin 2016-cı ilin noyabrında Bakıda təşkil edilməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.

 

 

apa.az

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here