Xərçəng xəstəsi olan Toppuş reanimasiyadadır

Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub.

Aktrisa buna görə cərrahiyyə masasına uzanıb. Əliyevanın əməliyyatdan öncə görüntüləri yayılıb. Həmin videonu aparıcı Hacı Nuran sosial mediada paylaşıb.

Əməliyyata girməzdən öncə çəkilmiş videoda aktrisanın ağladığı diqqətdən yayınmır. O, özü də daxil olmaqla bütün xəstələrə şəfa diləyib: “Gedirəm əməliyyata, sağ-salamat qayıdım. İnşaAllah ki, görüşərik. Hamıya uğurlar. Allah bütün xəstələrə şəfa versin”.

Qeyd edək ki, əməliyyatdan sağ-salamat çıxan aktrisa reanimasiyadadır. Bu barədə şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib: “İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım”.

N.Səfərli eyni zamanda aktrisanın xərçəngə tutulma səbəbini də söyləyib: “Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Sonra Tünzalə mədə kiçiltmə əməliyyatı keçirib ki, arıqlasın. Yeməyi azalıb, imuniteti aşağı düşüb və xəstəlik sürətlənib”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here