RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.05 16:19

Xəzər rayon icra başçısı əlillərlə görüşdü`

158

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Qarabağ əlilləri ilə görüşüb. Bu barədə məlumatı müharibə veteranı İslam Əzimov paylaşıb.

Görüşdə YAP-ın Xəzər rayon şöbəsinin sədri Namiq Əhmədov, Xəzər rayonunun millət vəkili Rauf Əliyev, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Xəzər rayon şöbəsinin müdiri Firdovsi müəllim və digər dövlət nümayəndələri iştirak ediblər.

Görüşdə Qarabağ əlillələrini “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Səfa Əliyev, sədr müavini İslam Əzimov və bir qrup əlil təmsil edib. Xəzər rayon əlillərinin problemləri dinlənildi, müzakirə olundu və bir neçəsi yerindəcə həll oldu. Digər problemlərin də zamanla aidiyyatı üzrə həll olunacağı səsləndirildi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı