RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.07 11:19

Xızıda piyadanı maşın vurub öldürdü

17

Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dialoq.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzikənd ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazinin 72-ci km-də 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Vüsal Cəfər oğlu Bakı istiqamətində idarə etdiyi “Hyundai” markalı, 90 HX 047 nömrəli avtomaşınla yolu keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Xızı rayon sakini Abbasov Ceyhun Ülfət oğlunu vurub.

C.Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı