“Xocalıya Ədalət” Kampaniyasına dəstək fəaliyyətləri təşkil olunacaq

Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirəcək.
24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə başçısı Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etməsini qərara alıb.
Bunu nəzərə alaraq, Milli Şura, Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondu 20-26 fevral 2017-ci il tarixlərini əhatə edəcək və Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək məqsədi ilə silsilə fəaliyyətlərə start verib. Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir.
Kampaniyaya qoşulmaq və dəstək olmaq üçün khojaly.nayora.az saytına daxil olub, müvafiq onlayn fəaliyyətlərlə bağlı detallı məlumat ala və fəaliyyətlərə dəstək ola bilərsiniz.