Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi elan olunub

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi elan olunub

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı” ı rəsm müsabiqəsinə start verilib.

Elan olunmuş müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini xocali25@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi fevralın 20-də başa çatacaq. Müsabiqənin nəticələri fevralın 27 və 28-də İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində elan olunacaq.

Qaliblərə sertifikatlar təqdim ediləcək.

AZƏRTAC