“Ya Qarabağ, ya ölüm”ün müəllifi vəfat edib

Türkiyə aşıq şeirinin sevilən nümayəndələrindən olan, Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” mahnısı ilə məşhurlaşan Ozan Arif vəfat edib.

Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 69 yaşlı Ozan Arif müalicə aldığı Samsun Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.
Qeyd edək ki, O.Arif 10 iyun 1949-cu ildə Girəsun bölgəsinin Hapu kəndində dünyaya gəlib. 1980-ci ildə hərbi çevrilişindən sonra Almaniyaya köçüb. 10 il orada yaşadıqdan sonra 1990-cı ildə Türkiyəyə qayıdıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here