Yaddaşlardan silinməz Aşıq Ədalət

Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yaddaşlardan silinməz Aşıq Ədalət” ədəbi-musiqili konsert keçirilib.

Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.

Əvvəlcə tamaşaçılara “Dədə Ədalət” filmindən bəzi fraqmentlər təqdim olunub.

Tədbirdə Əməkdar Mədəniyyət İşçisi, folklorşünas Elxan Məmmədli çıxış edərək Dədə Ədalətin Azərbaycan aşıq yaradıcılığı mühitindəki tutduğu yerindən, saz-söz sənətindən söhbət açıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Gecədə istedadlı aşıqlar Ramin Qarayev, Şəhriyar Şahverdiyev, Rafiq Göyçəli, Roman Azaflı, Sahib İsmiyev, Elvin Axundov, Zülfiyyə İbadova, Avdı Musayev, Azər Məhərrəmov, Şaiq İncəli, Şəhriyar Kərimli, Elməddin Məmmədli məşhur aşıq mahnılarından nümunələr – “Divani”, “Kərəm gözəlləməsi”, “Orta sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi”, “Kərəm dübeytisi”, “Qaraçı”, “Baş sarıtel”, “Yüngül şərili” və “Müxəmməs” ifa ediblər.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi bu layihənin əsas məqsədi aşıq musiqisinin geniş ictimaiyyət arasında təbliğidir. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşdırılır.

Qeyd edək ki, layihənin növbəti tədbiri – “Yeni səslər, qədim havalar” mayın 17-də təqdim ediləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here