Yağan yağış çaylara belə təsir etdi

Ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın xüsəsən Lənkərən-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 200-400 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 267 m3/s olmaqla ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, lakin Şirvanda 8, Bankədə isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2017-ci il noyabrın 26-da 371 sm), Şirvanda 275 sm (2017-ci il noyabrın 26-da 247 sm), Salyanda 271 sm (2017-ci il noyabrın 26-da 209 sm), Bankədə 221 sm (2017-ci il noyabrın 26-da 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 94 sm (2017-ci il noyabrın 26-da 100 sm) təşkil edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here