Yanvar-martda paytaxt əhalisinə 6156,5 milyon manatlıq məhsul satılıb və xidmət göstərilib

Bu ilin yanvar-mart aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə şəhərin istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 6156,5 milyon manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artıb.

Bakı Şəhər Statistika Komitəsindən bildirilib ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib.

Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 2,5 faiz üstələyərək 5875,6 milyon manat olub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here