Yanvarın 14-də TOEFL imtahanı keçiriləcək

Yanvarın 14-də TOEFL imtahanı keçiriləcək

Yanvarın 14-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçiriləcək.

DİM-dən bildiriblər ki, imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 8.00-da başlanacaq. İştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar.

DİM test mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti TOEFL imtahanlarının tarixlər DİM-in internet saytında verilib.

Linkdə təqdim edilən məlumatla tanış olmaqla TOEFL imtahanına qeydiyyatdan keçmək mümkündür: http://tqdk.gov.az/exam/toefl/

AZƏRTAC