RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.04 17:44

YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təşkilatı sədrləri ilə növbəti iclas keçirilib

31

YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təqkilatı sədrləri ilə növbəti iclası keçirilib. Görüşü YAP Bilasuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət barədə məlumat verib. K.Mirzəyev qeyd edib ki, 2019-cu ildə həyata keçirilən sosial islahatlar əsl inqilabi islahatlardır:

«Bu islahatlar Azərbaycan xalqının bütün zümrələrini əhatə edir və xalqın sosial-rifah halını daha da yaxşılaşdırılması yolunda atılmış çox böyük addımdır. Bu isə, xalq-Prezident birliyinin vəhdəti özünü bariz şəkildə göstəricisidir.»Rayon təşkilatının sədri, onu da vurğulayıb ki, cari ilin 23 dekabr tarixində də yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcəkdir:

«Bu seçkilərdə Yeni Azərbaycan Partiyası da öz namizədlərini irəli sürmüşdür. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Ərazi ilk partiya təşkilat sədrləri YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin bu seçkilərdə qələbə çalması üçün təbliğat başlayan zaman xalq arasında geniş iş aparmalıdırlar.»İclasda Şura üzvü Akif Kazımov, 42 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xalidə Ağayeva, Çinarlı kənd ərazi ilk partiya təşkilatının sədri Rafiq Cəfərov və başqaları çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin xalq tərəfindən ürəkdən bəyənildiyini və bu seçkilərdə də qələbə qazanılması istiqamətində bütün qüvvələrimizi səfərbər edəcəklərini vurğulayıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı