CƏMİYYƏT 2020.01.14 18:53

YAP Gəncə şəhər təşkilatında müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib

20

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib.

YAP Gəncə təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib: “Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə ciddi hazırlaşıb, mərhələlər üzrə işlər davam etdirilir”.

Daha sonra çıxış edənlər seçki məntəqələrinə və dairələrə təyin edilmiş müşahidəçilərin və məşvərətçilərin vəzifələri barədə ətraflı məlumat veriblər.

Vurğulanıb ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərinin şəffaf, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin də üzərinə məsuliyyət düşür. Bildirilib ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Ona görə də, müşahidəçilər və məşvərətçilər diqqətli olmalı, üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalıdırlar.

Görüş diskusiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı