YAP Gənclər Birliyi Avropa Demokratik Gənclər Birliyinin üzvü seçilib

Sentyabrın 15-də Bakıda, Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) Mərkəzi Şura iclası keçirilib.

Iclasda YAP Gənclər Birliyinin bu təşkilata üzv seçilməsi məsələsi də müzakirə olunub. Müzakirələrin sonunda YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi haqqında qərar qəbul olunub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu etimada görə təşkilata və onun rəhbərliyinə təşəkkürünü bildirib. YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə malik olduğunu deyən S.Orucov rəhbərlik etdiyi təşkilatın DEMYC-in üzvü kimi də uğurla fəaliyyət göstərəcəyini qeyd edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here