Yaponiya alimlərinin yeni kəşfi

Yaponiya alimləri 16 milyard il ərzində vaxtı səhvsiz göstərə bilən yüksək dəqiqliyə malik atom saatı hazırlayıblar. Bu müddət ərzində saat işləyərkən cəmi bir saniyə səhvə yol verir.

Tokio Universitetinin professoru Hidetosi Katorinin rəhbərliyi ilə mütəxəssislər qrupunun hazırladığı yeni qurğunun əsasını lazer şüalarından ibarət optik şəbəkəyə yerləşdirilən soyudulmuş stronsium atomlarının matrisası təşkil edir.

Stronsium atomlarının temperaturu Selsi üzrə mənfi 180 dərəcəyə bərabərdir. Vaxt intervallarının ölçülməsi kəmiyyətini bu kimyəvi elementin hissəcikləri ilə sərf edilən işıq tezliyi həyata keçirir. Yeni texnologiyalar gözlənilməz dəqiqliyə nail olmağa və hazırda bu göstərici üzrə tətbiq edilən “etalon” saatları min dəfədən çox ötməyə imkan verib.

Yaponiya alimlərinin kəşfi Yerin qravitasiya sahəsinin ölçülməsi üçün istifadə oluna bilər.

Zamanın gedişi qravitasiya potensialının yüksək olduğu yerlərdə zəifləyir. Bu yolla əldə olunan informasiya insanın Yer qabığında baş verən proseslər barədə biliyini xeyli artırmağa, eləcə də təbii fəlakətlər haqqında proqnozları daha dəqiqliklə verməyə imkan verəcək.

Bundan başqa, yeni texnologiyalar faydalı qazıntıların axtarış üçün faydalı olacaq. Onları qlobal mövqe sistemlərində də tətbiq etmək mümkündür. H.Katorinin sözlərinə görə, o və onun həmkarları ümid edirlər ki, yaxın gələcəkdə beynəlxalq vaxtın ölçülməsi standartlarına yenidən baxılacaq və onların kəşfi dünya elmində layiqli yerini tutacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here