RESPONSIVE LEADERBOARD AD AREA
SAĞLAMLIQ 2019.09.22 13:38

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

78

Yaponiya herontoloqları 70 yaşında cavanlıqdakı kimi gümrah gəzənlərin 80 yaşa kimi yaşamağa, demək olar, 100 faizlik şansının olmağı qənaətinə gəliblər.

“RİA Novosti” xəbər verir ki, Yaponiya alimləri 1997-ci ildən 60 yaşdan 80 yaşa qədər olan insanlarda gəzinti sürətini öyrəniblər. Alınan nəticələrin təhlili göstərib ki, insan 70 yaşında saniyədə 1,5 metrlik yeriş sürətini saxladığı təqdirdə, uzunömürlülüyə ümid edə bilər.

Əgər bu yaşda insan özünə adət edilmiş yerişin tempində saniyədə yarım metrdən az məsafə qət edirdisə, onun daha 10 il yaşayacağı ehtimalı yalnız 15-35% təşkil edib. Bu zaman kişilərdə bu göstərici qadınlara nisbətən az olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı