Yaponiyada əhali təxliyə edilir – 6,8 bal zəlzələdən sonra sunami xəbərdarlığı

Yaponiyanın şimal sahillərində əhali təxliyə olunur.

Trend-in məlumatına görə, təxliyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib.

Belə ki, Yaponiyda 6,8 bal gücündə zəlzələdən sonra ölkənin Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here