RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Yaradıcı gənclərə dəstək olaq” adlı təbliğat xarakterli sərgi təşkil ediləcək

311

“Yaradıcı gənclərə dəstək olaq” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi aztəminatlı ailələrdən və xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında ixtisaslaşmış fəaliyyətlərin təşkili yolu ilə gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılmasına nail olmaqdı.

Layihənin icrası zamanı gənclərin siyahısının tərtib olunması və layihənin icra olunduğu fokus qrup olaraq 60 nəfərin müəyyənləşdirilməsi, kursların təşkili, kurslar üçün mütəxəssislər tərəfindən planın tərtib edilməsi, kurslar üçün lazımi ləvazimatların alınması, mütəxəssislər tərəfindən kursların keçirilməsi planlaşdırılır. Eləcə də, əhalinin diqqətini  layihədə qaldırılan problemə yönəltmək məqsədi ilə elektron xəbər protalları və sosial şəbəkələrdə layihə barədə geniş məlumatın verilməsi nəzərdə tutulub. Layihənin icrasının sonunda “Yaradıcı gənclərə dəstək olaq” adlı təbliğat xarakterli sərgi təşkil ediləcək. Sərgidə layihəyə kursların dinləyicisi kimi cəlb edilmiş yeniyetmə və gənclərin hazırladığı əl işləri nümayiş etdiriləcəkdir. Nümayiş zamanı  dəvət edilən qonaqlar arasında mövzuya aid bukletlərpaylanacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin noyabr ayında yekunlaşacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı