Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək

1 Noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək davam edəcək Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək.

YARAT Rəssamlar Studiyaları 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib.

YARAT Rəssamlar Studiyaları yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir, harda ki, Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Ahmed, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.

Yaradıcı igamətkahda, hətta beynəlxalq rəssamların studiyalarda boyunca rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqlarımızı 2015-ci ilin əvvəllərində qarşılamağı planlaşdırırıq.
1 Noyabr tarixində YARAT Rəssamlar Studiyaları günortadan gecə yarısınadək qonaqlarımızın üzünə açıq olacaq.

Bütün gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesininin bir parçasına çevriləcəksiniz.

Dialoq.info xəbər verir ki, açılış proqramına həmçinin Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “Da’Art” Uşaq studiyasına aid qısa seminar, məşhur DJ Pancho tərəfindən musiqi proqramı və sərinləşdirici içkilər daxildir.(20:00-00:00)
Ünvan: Həsən Əliyev küç., məhəllə 1061, Nəsimi rayonu, Kimya şəhəri (Megastore marketinin arxası).
1 Noyabr, 2014 (12:00 – 00:00)
Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!