“YARAT” teatr təlimləri keçiriləcək

Oktyabrın 8-də “British Council Azerbaijan” təşkilatı, “YARAT” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar “YARAT”da bir araya gətirəcək.

Təlimlər teatr dizayneri və mühazirəçi Karin Çapman Klark tərəfindən aparılacaq. Layihənin əsas məqsədi fərqli teatr texnikaları, nəqletmə və improvizasiya formalarından istifadə edərək əlilliyi olan və əlilliyi olmayan ifaçılara səslərini eşitdirmək və özlərini göstərmə imkanı verməkdən ibarətdir.

Təlimlər oktyabrın 8-dən 10-dək və 11-dən 15-dək olmaqla iki mərhələdə gerçəkləşəcək. Təlim zamanı iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirəcək və müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrənəcək. Bundan əlavə, iştirakçılar qısa Forum-teatr tamaşasını hazırlamağın və ictimai Forum sessiyasını təşkil etməyin qaydası ilə tanış olacaq. British Council üç günlük təlimlə yanaşı, əlilliyi olan və əlilliyi olmayan aktyorlar üçün beş günlük təlim də təşkil edəcək. Bu təlim hər kəs üçün açıq olacaq – aktyorluq təcrübəsi tələb olunmur. Beş günlük təlim seminarları isə müxtəlif sosial məsələlərlə əlaqədar problemləri aradan qaldırmaq üçün interaktiv teatr texnikalarından istifadə etməyin qaydasını öyrənmək istəyən peşəkar və qeyri-peşəkar aktyorlar üçün nəzərdə tutulub. Bu təlimdə iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirəcək və müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrənəcək.

Hər iki təlimə giriş ödənişsizdir, lakin iştirakçıların qeydiyyatdan keçməsi tələb olunur. Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurararaq oktyabrın 4-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilmədir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here