Yaxın 10 ildə heyvanların dilini başa düşmək mümkün olacaq

Yaxın 10 ildə heyvanların dilini başa düşmək, onların insanlara nə demək istədiyini anlamaq mümkün olacaq. ABŞ-ın Şimali Arizona Universitetinin əməkdaşları unikal qurğunun yaradılması üzərində işləyirlər ki, bu qurğu heyvanların fikir və “arzusunu” dilimizə tərcümə edə biləcək. Hazırda “heyvan dili tərcüməçisi” Şimali Amerikanın geniş çöllüklərindəki çoban itləri üçün adaptasiya olunur. Bu işin gərgin əmək tələb etdiyini qeyd edən alimlər “heyvan dili tərcüməçisi” modelinin 10 ildən tez hazır olmayacağını bildirirlər. Tərcüməçi sistemin isə əsasən pişik və itlərin dilini başa düşən versiyasına daha çox ehtiyac olacaq. Statistikaya görə, ailələrin 70%-i məhz bu ev heyvanlarını saxlamağa üstünlük verir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here