Yaxın günlərdə UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi həyata keçiriləcək

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb. Sonra isə Bakıda müxtəlif satış nöqtələrində biletlərin fərdi satışı təşkil olunub. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here