RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Yay Olimpiya Oyunlarının büdcəsi açıqlandı

184

2016-cı ilin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının büdcəsi 39,1 milyard real (9,75 milyard dollar) olacaq.

Azərtac xəbər verir ki, 2015-ci ilin avqust ayında təqdim olunan xərclərin əvvəlki smetası ilə müqayisədə oyunların büdcəsi 400 milyon real (100 milyon dollara yaxın) artıb. Ümumi məbləğin 60 faizi şəxsi investisiyaların payına düşür. Hökumət yarışların keçirilməsi üçün ərizə verərkən xərclərin 28,8 milyard real (7,2 milyard dollar) olacağını bildirmişdi. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən Olimpiada təşkilatçılara 16,3 milyard dollara, 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatı isə 6,8 milyard dollara başa gəlmişdi.

2015-ci ildə Braziliyanın federal büdcəsinin kəsiri 115 milyard real (28,75 milyard dollar) təşkil edib ki, bu da son 19 ilin ən pis göstəricisidir. Bununla yanaşı, Braziliya hökuməti Olimpiadaya prioritet məsələ kimi baxdığından maliyyə böhranının oyunların hazırlığına təsir etməyəcəyini deyib.

Xatırladaq ki, “Rio-2016” tarixə Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunları kimi düşəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı