Yazıçılar nazirlə görüşdülər

Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüblər.

Bu barəd Yazıçılar Birliyinin katibi Rəşad Məcid məlumat verib. O bildirib ki, AYB Ağsaqqallar Şurası və onun sədri, xalq şairi Nəriman Həsənzadə bir neçə ay bundan əvvəl müdafiə naziri Zakir Həsənovla görüş üçün məktub göndərmişdi. Yazıçıların imzaladığı həmin məktubun nəticəsi əsasında görüş gerçəkləşib:

“Aprel hadisələrindən sonra yazıçılarla Müdafiə Nazirliyinin əlaqələrinin möhkəmləndirilməsi məsələsi gündəmdə idi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvləri, katiblər və bir sıra digər yazarlar Müdafiə Nazirliyində olduq. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla yazıçıların görüşü keçirildi. Zakir Həsənov bildirdi ki, belə bir görüşü o da arzulayıb. Biz Müdafiə Nazirliyində bir sıra məlumatlar əldə etdik. Nazirlə səmimi söhbət oldu”.

Görüşdə AYB-nin sədri xalq yazıçısı Anar, Ağsaqqlar şurasının sədri xalq şairi Nəriman Həsənzadə, akademik İsa Həbibbəyli, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, eyni zamandan AYB-nin Hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu iştirak edib.

 

qafqaz.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here