YBF “Self Marketing Layihəsi”

“Young Business Factory” şirkəti 2013-cü ilin avqust ayında İstanbulda yaradılmışdır. Gənclər və şirkət nümayəndələri üçün konfrans, seminar, təlim proqramları və biznesin inkişafı ilə bağlı konsultasiyalar həyata keçirir.

 

Dialoq.info oley.az -a istinadən xəbər verir ki, Azersun Holding-lə birgə hazırlanan Self Marketing layihəsində seçilən iştirakçılar şirkətdə iş mühitini elə yerindəcə görmək imkanı əldə edəcəklər və həmiçinin təlim görəcəklər.

 

Təlimin mövzusu Marketing olacaq.

Layihə bir gün müddətinə keçiriləcək. Belə ki iştirakçılar ilk olaraq Azersun Holding-i qrup şəklində gəzəcəklər və Holding-də 1 günlük işlə yaxından tanış olacaqlar. Günün geri qalan hissəsində isə təlim görəcəklər.


Program çərçivəsində real iş prosesində “Problem Solving” praktikalarından istifadə olunacaq.

 

Seminarın başlanma tarixi: 23 oktyabr 2014

Son müraciət tarixi: 21 oktyabr 2014 

 

YBF  “Self Marketing Layihəsi”  ödənişsizdir.

Qeyd: İştirakçılar yalnız seçim yolu ilə qeydə alınacaq. Seçilənlərə bununla bağlı məlumat veriləcək.

 

Online Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1WyPI5T9YUSxWiYnHA2EE9Zwtl07urSal-HKYW9SL8YI/viewform?usp=send_form

Kursun sonunda möhtəşəm Sertifikat mərasimi keçiriləcək.

 

” Sözsüz ki, həvəskar iş təqdirə layiqdir. “Ancaq biz professional fəaliyyətlə məşğuluq. “