“YENƏ İÇDİ ŞAİR” – Bir şeir/ Bir foto/ Bir rəsm

Dadaş Adna (Adnayev Əbülqasım İsrafil oğlu) 1978-ci ildə fevral ayının 3-də Naxçıvanın Sədərək rayonunda anadan olub. Hələ uşaq ikən şeir yazmağa başlayan və kibrit qutularından fotoaparat düzəldərək fotolar çəkən Dadaş ixtiyarında olan kiçik imkanları belə dəyərləndirib böyük işləri ərsəyə gətirirdi. Onun ən böyük arzusu daima yaratmaq idi. Hər zaman və hamı üçün təmənnasız gördüyü işlər müqabilində Dadaşın qazancı insanlara verdiyi fayda olub. Dadaş Adna parlaq və təəssüf ki, qısa ömürlü məşəl kimi işığıyla ətrafında olanları isidərək, bu dünya ilə vidalaşdı. Lakin, yaratdığı sənət əsərləri bir çox ürəkləri əbədi olaraq işiqlandıracaq.
Dadaşın son arzusu “Bir şeir/ Bir foto/ Bir rəsm” sərgisini keçirmək olub. Bu arzunu reallaşdırmağı şərəf bilib, böyük məmununiyyətlə hər kəsi Dadaşın əziz xatirəsinə həsr olunmuş “Yenə İçdi Şair” sərgisinə dəvət edirik. Sərgidə Dadaşın yaradıcılığı ilə tanış olmayanlar üçün onu tanımaq, tanış olanlar üçün isə gözəl xatirələri bir daha yaşamaq imkanı veriləcək. Belə ki, foto və şeirlərlə yanaşı, Dadaş Adnanın görüntü rejissoru olduğu filmlərdən fraqmentlər, səhnəarxası kadrlar və onunla müsahibələr də nümayiş etdiriləcək.
Tədbirə giriş sərbəstdir.

Vaxt: 14 mart saat 15:00

Ünvan: Müasir İncəsənət Mərkəzi

İçəri şəhər Qüllə küç 15, AZ 1004 Bakü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here