Yeni Fikir 2015 Müsabiqəsi

Yeni fikir nədir?

Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.Missiya

  • İnnovativ sahibkarlığı dəstəkləmək.
  • QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq
  • Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək,
  • İKT-nin inkişafına dəstək vermək,
  • Təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək,
  • Təşəbbüskar yanaşmanı inkişaf etdirmək.

MəqsədBu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.Hədəf

  • Ölkənin və regionun inkişafında rol oyanaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması;
  • Təşəbbüskar düşüncənin inkişaf etdirilməsi.
  • Məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək.

Əqli Mülkiyyət Bəyanatı

  • Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.

Təşkilatçılar

  • QUTechnopark
  • İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
  • Qafqaz Universiteti, Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
  • İEEE Azərbaycan şöbəsi

Layihələrin qeydiyyatı 5 fevral 2015-ci il tarixinə kimi davam edəcək.

Qeydiyyat üçün: http://yenifikir.az/az/project_registration

Mükafatlar

Pul Mükafatları (Ayrılan Vəsaitlər Iş Fikirlərinin Şirkətləşməsi Üçün Xərclənəcəkdir)

1-ci yer 5 000 manat2-ci yer 3 000 manat3-cü yer 2 500 manat4-cü yer 1 500 manat5-10-cu yerləri qazanacaq hər bir layihə üçün 1 000 manatDigər Mükafatlar

  1. Ən yaxşı iş fikri sahibi olan 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək.
  2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər verilir.
  3. İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək verilir.
  4. İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək verilir.
  5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi verilir.

Şərtlər

  • Kimlər müsabiqədə iştirak edə bilər? – yeni fikri ilə öz şirkətini qurmaq istəyənlər
  • İndiyə kimi YFM-də iştirak edərək QUTechnopark-dan dəstək alan layihələr YFM-2015 də iştirak edə bilməz.

Qiymətləndirmə Meyarları

  • İnnovasiya və teknoloji yenilik: Fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri.
  • Strategiya, bazar və rəqabət: Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti.
  • Komanda çalışması  İdarəetmə: Qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı.
  • Təqdimatın keyfiyyəti: Müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər, aydın və yığcam, yazılı və şifahi.
  • Biznes plan

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here