Yeni layihə: “Məktəblilərin Cümhuriyyət düşüncələri”

Gəncə Kitab Klubu Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi münasibəti ilə “Məktəblilərin Cümhuriyyət düşüncələri” adlı layihəyə start verir.
Məktəblilər üçün nəzərdə tutulan layihədə tariximizin şanlı səhifəsi olan Cümhuriyyət haqqında hekayə, esse, araşdırma tipli yazılar tələb olunur. Saytlarda, esse kitablarında verilən hazır materiallar qəbul olunmur. Əsərlərdə həcm məhdudiyyəti yoxdur.
Qeyd edək ki, layihədə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here