Yeni medal təsis olunacaq

“Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 – 2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. “Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 – 2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xədmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here