RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Yeni sabah” adlı müsabiqə

607

İnterAz telekanalı istedadlı insanlar üçün “Yeni sabah” adlı müsabiqə elan edir. Müsabiqə 5 nominasiya üzrə keçiriləcək:

 

  1. Bədii filmlər – müxtəlif janrlarda çəkilmiş qısa və ya tam metrajlı ekran əsərləri;

 

  1. Sənədli filmlər – ixtiyari formatda və üslubda;

 

3 Tanıtım video-çarxlar və s.

 

  1. Tələbə işləri. ADMIU-nin tələbə kurs və diplom işləri.

 

  1. Veriliş, flaşmob və digər tv proqramları.

 

Peşə hazırlığından, yaş məhdudiyyəti qoyulmadan, əsərlərin format və xronometrajından asılı olmayaraq müsabiqədə hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

 

Təqdim edilmiş işlər İnterAz facebook səhifəsində izləyicilərin səs çoxluğu ilə həmçinin peşəkar münsiflər heyəti tərəfindən seçilib qiymətləndiriləcək və hər nominasiya üzrə ən üstün ekran əsərləri sertifikat və mükafatla təltif olunacaq.

Bundan başqa 5 ən istedadlı müəllifə İnterAz televiziyasında davamlı layihə həyata keçirmək üçün efir vaxtı ayrılacaq. Hazır işlər aprelin 7-dən başlayaraq qəbul edilir.

 

 

Əlavə məlumat üçün: Natiq Axund: (055) 769-20-06                           

 

[email protected] / [email protected]                                          

 

Ünvan: AZ 1009, Azərbaycan, Bakı şəh. Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29 (Nizami metrosunun yaxınlığı)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı