Yeni yaradılan sürtkü yağlarının və sürtkülərin sınaq nəticələri müzakirə olunub

Yeni yaradılan sürtkü yağlarının və sürtkülərin sınaq nəticələri müzakirə olunub

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Təcrübə-Sənaye Zavodunun nümayəndələri ilə görüş keçirilib.

Alimlər zavod mühəndislərinin iştirakı ilə istehsalı nəzərdə tutulan yeni yaradılmış sürtkü yağlarının və sürtkülərin Aşqarlar Kimyası İnstitutu tərəfindən keçirilən sınaq nəticələrini müzakirə ediblər.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev respublikamızın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə Aşqarlar Kimyası İnstitutu tərəfindən yeni yaradılmış sürtkü materiallarının tətbiqinin elmi əsasları barədə məlumat verib. V.Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşdə iki qurum arasında müvafiq istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.