“Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği” layihəsinin açılış mərasimi keçirildi

57 saylı tam orta məktəbdə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati ilə “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği” layihəsinin açılış mərasimi keçirildi.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, təlimçi Vüsal Ömərov, 57 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etdilər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, təlimçi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş şəxslərin həyat nümunəsini, döyüş ruhunu, vətən sevgisini, vətənpərvərlik hissini təbliğ etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ermənistan Respublikasının ölkəmizə təcavüzü 20% torpaqlarımızın işğalı ilə nəticələndi. Daha sonra ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində atəşkəs rejiminə nail olundu. Buna baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirərək təmas xəttində atəşkəsi tez-tez pozur. Vətənin müdafiəsində olan əsgər və zabitlər bu təcavüzlərə canları bahasına çıxaraq, ölkəmizin suverenliyini təmin edirlər. 2016-cı ildə aprel döyüşlərində də əsgərlərimiz böyük sücayət göstərdilər. Bununla yanaşı, bir çox gəhrəmanlıq nümunələri bu gün cəmiyyətimizdə geniş yer alır. Bunların sırasında Mübariz İbrahimovu, Samid İmanovu, Murad Mirzəyevi, Çingiz Qurbanovu və digər Milli Qəhramanlarımızı misal çəkmək olar. Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi işğalçılıq siyasətinə qarşı ordumuzun vətənpərvər və qəhrəman oğulları mərdlik  nümunəsi göstərərək, şəhidlik zirvəsinə ucalmışlar. Bu gün şəhidlərimiz anılır və onların şəhidlik zirvəsi müstəqil dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here