Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

İyulun 9-da AMEA Yer Elmləri Bölməsinin (YEB) ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə əməkdaşlar iştirak ediblər.

Tədbirdə akademik Fəxrəddin Qədirov ümumi yığıncağın gündəliyinə bölmənin akademik-katibi müavinlərinin və büro üzvlərinin seçkilərinin daxil olduğunu bildirib.

Sonra bölmə və büro üzvlərinin təklifləri müzakirə edilib, seçki keçirilib.

Səsvermənin nəticələrinə görə, akademiklər Əkpər Feyzullayev və Pərviz Məmmədov bölmənin akademik-katibinin müavinləri seçiliblər.

İclasda, həmçinin YEB-in bürosunun yeni tərkibi də müəyyənləşib. Akademiklər Vasif Babazadə, Hətəm Quliyev, Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Elmira Ramazanova, Qurban Yetirmişli, Qərib Calalov, Elmira Əliyeva və Qalib Əfəndiyev bölmənin büro üzvləri seçiliblər. Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev isə məşvərətçi səslə bölmə üzvü seçilib.

Bölmənin qərarı ilə nəticələr təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here