RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi sona çatdı

282

21 dekabr 2015 – ci il tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihənin bağlanış mərasimi keçirilmişdir.

Bağlanış mərasimində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Rüfət İmanov, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev və NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı iştirak ediblər.

İlk olaraq NİİM-in baş direktoru iştirakçıları salamladı və gənclərə uğurlar arzuladı. “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək bildirdi ki, 03-20 dekabr 2015 –ci il tarixlərində layihəyə cəlb olunan 30 nəfər gənc iştirakçıya təcrübəli təlimçilər tərəfindən şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçirilib. Təlimlərin sonunda  iştirakçıların öyrəndiklərini yoxlamaq məqsədilə onlar arasında imtahan təşkil olundu. Eyni zamanda iştirakçılar ilk dəfə olaraq təlim avtomobillərini idarə etməyə cəhd göstərdilər. Layihənin sonunda iştirak edən 30 nəfər gəncə şəhadətnamə və diplomlar təqdim olunub.

Eyni zamanda  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində  iştirakçılar üçün məlumat turu təşkil olundu. NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı gənclərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar barədə məlumat verdi. İştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər. Daha sonra gənclərə müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi barədə də məlumat verilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, “IB Club” Gənclərin İnkişaf  Mərkəzinin dəstəyi və ‘Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı  layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyinin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

IMG_6403 4D8A1730 4D8A1627 IMG_6507 IMG_6461 IMG_6414

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı