RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Young Business Factory” – “Presidents’ Meeting 2015″

804

“Presidents’ Meeting 2015″

Bu gün ölkəmizdə gənclərin  sahibkarlıqla məşğul olmaları üçün yetərincə şəraitin olmasına baxmayaraq, çatışmazlıqlar da mövcuddur. Əsas çatışmazlıq isə  gənclərin sərbəst qərar verə bilməməsi, atacaqları addımı riskli hesab edərək bu sahədən uzaqlaşmalarıdır. Lakin unudurlar ki, hər bir işə başlayarkən məqsəd  və risk önəmli rol oynayır. Uğuru əldə etmək və ucalmaq üçün isə bacarıqla yanaşı inam və motivasiya da önəmli rol oynayır. Bunun üçün də gənclərin bu sahədə maarifləndirilməsi vacibdir. Bütün bunları nəzərə alaraq  “Presidents Meeting 2015″ adlı layihəni həyata keçirib, nüfuz qazanmış iş adamlarını , şirkət rəhbərlərini bir araya toplamaq qərarına gəldik.

“Presidents’ Meeting 2015″ layihəsinin əsas məqsədi:

✔ Azərbaycanda Sahibkarlığın inkişafı istiqamətində gənc sahibkarların formalaşdırılması

✔ Gənclərin ideyalarının reallaşdırılmasına dəstək

✔ Azərbaycanda gəncləri biznes mühitinə cəlb etmək

✔ Sahibkarlıq barədə məlumat azlığını aradan qaldırmaq

✔ Sahibkar olmaq istəyənlər üçün İnnovativ Biznes şəraitinin yaradılması

✔ Sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenlərə dəstək verilməsi

 

Keçirləcək Tarix: 13 İyun 2015 / Saat 10:00 – 15:00

Məkan: İnternational Trade Center ( İTC.az )

İştirakçı: 200 nəfər

Tədbirdə iştirak tamamilə ödənişsizdir. 

Online olaraq qeydiyyat LİNKİ

– Nəyə görə bu təlimdə iştirak etmək istəyirsiniz sualına daha dolğun cavab verib tədbirdə iştirak haqqı əldə edin. Yazılar Azərbaycan şirifti ilə olmalıdır. Mövzu yerinə Prezident Meeting qeyd edin. ( Qeyd Yalnız seçilənlərlə əlaqə saxlanılacaq )

“Presidents’ Meeting 2015″ Speakerlər:  

Ramin Yusubov -İqtisadçı, İqtisad Elmləri Doktorluğuna namizəd, peşəkar Biznes-Trener. Treninqlər sahəsində 13 ildən çoxtəcrübəsi var. İran, Türkiyə, Çin, Ukrayna, Rusiya  kimi xarici ölkələrdə keçirilən biznes treninqlərinin həm aktiv  içtirakçısı, həm də aparıcısı olub. Aktiv, pozitiv, məqsədyönlü və çox ünsiyyətcil insandır. Güclü liderlik xüsusiyyətləri var. Müxtəlif profilli sahələrdə özünə uğur qazanmış, işlədiyi kollektivə hər zaman dəstək olmuşdur. UAFA-nın könüllüsü, ADİU-nun həmkarlar ittifaqının sədr müavini, uzun müddət Atəşgah Sığortada böyük biznes-trener, Molbulak Kredit təşkilatında təlimçi vəzifəsində və digər sahələrdə çalışmışdır. Onun keçirdiyi təlimlər,interaktivliyi, məntiqliyi, strukturluluğu, şənliyi, motivasiyaediciliyi və ən əsası praktiki tətbiqiliyi ilə hər zaman fərqlənir.

Xəqani Səfərov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakültəsini bitirmiş. Magistrdır. “CIPE Representative”, “Assemble” və “Live consalting” kimi beynəlxalq təşkilatların təlimlərində iştirak etmişdir. Almaniyada İqtisadiyyat Nazirliyinin (GIZ) təşkil etdiyi 1 aylıq intensiv top menecer kursunu bitirib. Amerikanın məşhur “Harvard Business Review” jurnalının aktiv izləyicisidir. “Junior Achievement”in “Titan.ja” (tətbiqi iqtisadiyyat) modulu üzrə Respublika üçüncüsüdür.
Hal-hazırda 1200-ə dən çox personalı olan Araz supermarketlər şəbəkəsinin İnsan Resursları departamentinin Təlim və İnkişaf şöbəsinin rəhbəridir. Lokal firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. Eyni zamanda 900 nəfərlik satış komandası olan “Veysəloğlu MMC”-də təlimçi kimi çalışır. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən excel, idarəetmə, şirkət etikası, əməkdaşlarda Şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçməkdədir. “İş etikası” və “şirkətlərdə korporativ ruh” mövzularını akademik araşdırır. Şəxsi “Microsoft Excel” tədris metodikasının qurucusudur. Performansın idarəedilməsi layihəsinin kordinatorudur. “xaqanisafarov.com” ünvanında bloqu fəaliyyət göstərir. Bir neçə biznes-təlim mərkəzi ilə çalışır.

Vüqar Baba – Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi/“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibidir. Həmçinin, Qərb Universitetində PR və jurnalistika fənnlərindən dərs deyir. Tiflisdə ABŞ əsaslı Gürcüstan İctimai Əlaqələr İnstitunda (GIPA) Media Menecment ixtisası üzrə magistr, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb.Almaniyada bu ölkənin İqtisadiyyat Nazirliyinin (GIZ) təşkil etdiyi 1 aylıq intensiv menecment kursunu bitirib. ABŞ-ın Jurnalistlər üçün Beyməlxalq Mərkəzinin (ICFJ) 4 aylıq araşdırma jurnalistikası kursunun məzunudur. “Mətanət A” şirkətində, “Çudo Peçka” şirkətində, ANS Media Holdinqdə,”Atlas” Tibb Mərkəzində PR şöbələrində mütəxəssis və müdir vəzifələrində işləyib.Xəzər” TV-də Bakıda müxbir, daha sonra Gürcüstan bürosunun müdiri, “Lent.az” İnformasiya Agentliyində, radio “Antenn”də, “GÜN səhər” qəzetində jurnalist kimi fəaliyyət göstərib. BBC, “Radio Liberty” kimi beynəlxalq media qurumları ilə əməkdaşlıqlar edib.

Münəvvər Rəhimova– Azərbaycan Dövlət İqtisadiyyat universitetinin məzunudur Hal-hazırda HUAWEI Tecnology Azerbaijan –şirkətində “ E.P Procurement and Logistcs” manager vəzifəsində çalışır. İndiyə kimi Şirin MMC,Matrix Logistics ,Bakı Elektirik şəbəkə açıq səhimdar cəmiyyətində çalışmışdır.Yerli və xarici bazarlardan uyğun tədarükçülərin tapılması,danışıqların və sənədləşmələrin aparılmasında geniş təcrübəyə malikdir. Eyni zamanda,Brighton Business School və İQN England business məktəblərində Supply Chain Management (Procurment and Logistcs)təlimləri almış,CİPS təşkilatinin aktiv üzvüdür. (Charted Institute Procurement and Supply)

oley.az

Xaqani-1024x460 Ramin-yusubov-1024x460 11108664_10152973805208775_6207229122892281937_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı