RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.08.13

Yük maşını dərəyə aşıb: Sürücü yaralanıb, oğlu ölüb

48

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.

Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı