RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.13

Yunanıstan meşə yanğınlarına təslim oldu

44

Qızmar hava səbəbindən Yunanıstanın bir çox bölgələrində müşahidə edilən meşə yanğınları artıq yaşayış ərazilərinə də təhlükə yaratmaqdadır.

Axar.az xəbər verir ki, Eğriboz yarımadasını cənginə alan yanğın səbəbindən ətrafdakı bir çox monastr təxliyyə edilib.

Yaxınlıqdakı kəndlərin sakinlərinin də evakuasiya ediləcəyi istisna edilmir.

Tüstü dumanının paytaxt Afinaya qədər çatdığı deyilir. Hətta dünyanın tarixi incisi Akropolis də tüstü qatında görünməz olub.

Bundan əlavə, ölkənin turistik məkanlarından sayılan Tasos adası və Tiva bölgəsində meşə zolağında yanğınlar 2 gündür davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı