YUNESKO layihə qəbulu elan edir

YUNESKO Dünya İrs Könüllüləri Proqramı çərçivəsində 2019-cu ildə Fəaliyyət Düşərgələri keçirmək istəyən QHT-lər üçün layihə çağırışı elan edilib.

Bu barədə qhtxeber.az Mədəniyyət nazirliyinin saytına istinadən məlumat verir.

Layihələr ölkə üzrə toplanaraq YUNESKO-ya təqdim edilməlidir. YUNESKO öz növbəsində daxil olmuş layihələr arasında seçim edir və qalib layihəni sponsor dəstəyi tapmaq üçün öz şəbəkəsində təbliğ edir. Bununla yanaşı, qalib layihə müəlliflərinə YUNESKO-nun rəsmi dəstək məktubu da təqdim edilir ki, bu da layihənin fandreyzinqi (dəstək tapması) üçün əhəmiyyətlidir. Dəstək tapa bilməyən layihələr, müəyyən dövrə qədər təxirə salına bilər. Dünya İrsi Fəaliyyət düşərgəsi layihələri hər il YUNESKO tərəfindən seçilir və hər bir layihə yerli gənclər təşkilatları, QHT-lər və ya irs və təhsil müəssisələri tərəfindən təşkil edilir.

Dünya İrs Könüllüləri, dünya irsinin qorunmasının əhəmiyyəti sahəsində gənclərin maarifləndirilməsi təşəbbüsüdür və Dünya İrs Yerində keçirilən fəaliyyət düşərgələrində (Action Camps) işləməklə onlara konkret bacarıqlar öyrədilməsini nəzərdə tutur. Hər il dünyanın müxtəlif bölgələrində 50-yə yaxın fəaliyyət düşərgəsi keçirilir ki, burada abidələrə qayğı, biomüxtəliflik, davamlı inkişaf və s. kimi konkret mövzular əhatə olunur. Bu günə kimi Dünya İrsi Könüllüləri layihəsi çərçivəsində dünyanın 61 ölkəsində 122 yerli təşkilat və QHT ilə 359 fəaliyyət düşərgəsi təşkil edilmişdir. Bu düşərgələrdə 3500-dən artıq könüllü iştirak edib.

Gəncləri və gənclər təşkilatlarını dünya irsini qorumağa təşviq edən YUNESKO-nun Dünya İrs Könüllüləri (WHV) Təşəbbüsü 2008-ci ildə Dünya İrs Tədrisi Proqramı çərçivəsində, Beynəlxalq Könüllülər Xidmətinin Koordinasiya Komitəsi (CCIVS) ilə birlikdə yaradılmışdır. Sosial medianın böyük diqqətini cəlb edən layihə ictimaiyyəti dünya irsi mövzusunda maarifləndirməyə və gənclər arasında könüllülük fəaliyyəti üçün imkanları artırmağa xidmət edir.

Daha ətraflı məlumatı https://whc.unesco.org/en/news/1905/ linkinə keçməklə və ya 493-02-33 nömrəsi ilə əlaqə saxlamaqla almaq olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here