Yunus Oğuzun daha bir kitabı Türkiyə türkcəsində

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy və Haşhaşilər” tarixi romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

Kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran qardaş ölkədə bu sahədə böyük təcrübəyə malik olan Hüseyin Adıgözəldir. Artıq kitab Türkiyədə satışa çıxarılıb.

Müəllifin bundan əvvəl “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” romanları da daxil olmaqla, 12 kitabı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Sözügedən kitablar, eləcə də “Atabəylər və Haşhaşilər” kitabının Türkiyədə yayını və satışı Bilgeoğuz Yayınlarına məxsusdur.

Qeyd edək ki, “Atabəylər və Haşhaşilər” tarixi romanı Atabəy Eldəgizlər dövlətindən bəhs edir.

Xatırladaq ki, kitab Azərbaycanda “Atabəy Eldəniz” adı ilə çap olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here