RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

Yunus Oğuzun “Pyeslər” kitabı və daha bir tarixi romanı işıq üzü gördü

270

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Sultan Alp Arslan” tarixi romanı işıq üzü görüb.

Trend-in məlumatına görə, filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur.

N.Cəfərov yazır ki, müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: “Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi, “Sultan Alp Arslan”da da türklərin möhtəşəm tarixləri ilə, hər şeydən əvvəl, bir övlad duyğusallığı ilə qürur duyur”.

Bundan başqa, Y.Oğuzun “Pyeslər. Attila, Altun dəftər, Nadir şah” kitabı da işıq üzü görüb. Kitab müəllifin müxtəlif illərdə yazdığı pyeslərin toplusudur. Müəllif ənənəsinə sadiq qalaraq pyeslərində də tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq salır. Kitabda “Attila”, “Altun dəftər” və “Nadir şah” pyesləri barədə oxuculara məlumat verilir.

Qeyd edək ki, Y.Oğuzun pyeslərindən olan “Attila” Azərbaycan və rus dillərində çap olunub. “Nadir şah” isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub və bütün tamaşalar anşlaqla keçib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı