Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı olub

Bu gün yazıçı-publisist Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.

Təqdimatda millət vəkili, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan yazıçı, jurnalist Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün mühüm vəsait olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Y.Oğuz Azərbaycanda tarixi romanşünaslığı zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: “Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanları Azərbaycan tarixini demək olar ki, bütövlükdə əhatə edir”.

Deputat qeyd edib ki, “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılıb ətraflı şəkildə təqdim olunub.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here