Yuri Uşakov: “KTMT baş katibliyinə 3 namizəd var”

Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatına daxil olan ölkələrin liderləri noyabrın 8-də Astana zirvə toplantısında təşkilatın Yuri Xaçaturovun Ermənistan tərəfindən geri çağırılmasından sonra boşalan baş katib vəzifəsinə yeni şəxs seçəcəklər.

Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində bildirib.

Uşakovun sözlərinə görə, sammit başlanğıcda dar tərkibdə keçiriləcək.

“Hazırda masanın üstündə 3 variant var. Birincisi, 2020-ci ilin mayına qədər baş katib səlahiyyətlərinin onun müavini (Rusiya nümayəndəsi Yuri Semerikov) tərəfindən icrası, ikincisi həmin postun əlifba sırası ilə Belarusa verilməsi, üçüncüsü isə erməni tərəfinin təkid etdiyi üzrə 2020-ci ilin mayına qədər həmin vəzifənin Ermənistanda qalmasıdır. Liderlərin nə qərara gələcəyini indidən söyləmək çətindir”, -deyə Uşakov qeyd edib.

Xatırladaq ki, Yuri Xaçaturov baş katib vəzifəsini 2012-ci ilin ayında icra etməyə başlayıb. Ermənistan bu ilin avqustun 1-də öz nümayəndəsinin geri çağırılması prosedurasına başlayıb. Oktyabrın 2-dən etibarən isə general Xaçaturovun səlahiyyətlərinə son verilib.

Erməni ekspertləri Uşakovun sözlərini süngü ilə qarşılayıblar. Onların fikrincə, bu məsələ KTMT-nin özündə Ermənistana olan münasibəti göstərir. Çünki 3 variantın özünün mövcudluğu ən azı Qazaxıstan və Belarusun Ermənistanın baş katibliyinə razı olmadığını nümayiş etdirir. Ermənilər bu məsələdə “Avrasiyadakı inteqraisya layihələrində Azərbaycanı təmsil edən” (onların deyimi ilə-red.) Nursultan Nazarbayevi suçlayırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here