RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.08 10:30

“Zəhərlənmə zamanı həkimlər heç vaxt sənaye üsulu ilə hazırlanan malın adını açıqlamır…”- Ekspert…

66

“Laboratoriyalarda bir neçə fabrikin yumurtaları yoxlanılmalıdır və əhali bilməlidir ki, yeddi günlük yumurtalar ən dəyərli yumurtalardır və bunlar dietik yumurtalar adlanır”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhalinin yumurtadan zəhərlənməsi haqda danışarkən deyib. Ekspert şikayət olunan quşçuluq fabrikinin də adını açıqlayıb:

“Yumurtadan zəhərlənmə ola bilər, çünki yumurtaların keyfiyyəti ilə bağlı hər həftə bizə vətəndaşlar tərəfindən telefon zəngləri gəlir. Dünən bizə zəng edib bildirdiləri ki, Giləzi Quşçuluq Fabrikində kütləvi toyuq qırğınları olub. Əhali bu fabrikin yumurtalarının tərkibində bakteriyaların olmasından şübhələnir. Məndən tələb edirlər ki, nə üçün bunu yoxlamırsınız? Laboratoriyalarda bir neçə fabrikin yumurtaları yoxlanılmalıdır və əhali bilməlidir ki, yeddi günlük yumurtalar ən dəyərli yumurtalardır və bunlar dietik yumurtalar adlanır. Bundan sonrakılar isə mətbəx yumurtaları adlanır. Yumurtalar əldə edildikdən sonra mütləq yuyulmalı və soyuducuya yerləşdirilməlidir. Lakin istehlakçı yumurtanın tərkibində bakteriya olduğunu bilə-bilməz və ona görə də yumurtalar yaxşı bişirilməlidir. Giləzi Quşçuluq Fabrikiylə bağlı isə bizə tez-tez zəng gəlir. Hər bir yumurtanın üzərində buraxılma və son yararlılıq tarixinin yazılması vacibdir. Hacıqabul Quşçuluq Fabriki buna əməl edir, amma tövsiyə edirik ki, digər fabriklər də buna əməl etsinlər”.

Ekspert deyib ki, həkimlər zəhərlənmə zamanı heç vaxt sənaye üsulu ilə istehsal olunan malın adını açıqlamır:

“İyirmi iki ildir ki, istehlakçıların hüquqlarını qoruyuruq və inanmıram ki, Azərbaycan həkimləri bir dəfə də olsun zəhərlənmə zamanı malın adını yazsın. Adətən istehlakçının özünün hazırladığı pomidor şorbasından zəhərləndiyini yazırlar. Bir sözlə sənaye üsulu ilə hazırlanan malın adını yazmırlar, çünki hər şeyə sertifikat verirlər. O cümlədən də AQTA mala həm sertifikat verir, həm də keyfiyyətinə nəzarət edir. İki funksiya bir əldə olduğu üçün bunun adını açıqlamayacaqlar. Biz artıq xarici laboratoriyada yumurtaların yoxlamasını aparmağa hazırlaşırıq”.

Qeyd edək ki, dünən Ağdamda iki nəfər yumurtadan zəhərlənib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı