RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.08.25 10:58

Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda sonuncu təlim keçirilib

157

“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı təlimlərin keçirilməsi”  layihəsi çərçivəsində Zərdab rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında 2-ci günün təlimi keçirib.

Təlimə öz çıxışı ilə başlayan GİİYİB sədri Kazım Məmmədov qeyd etdi ki, kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm, həm də həlledici rol oynamaqdadır. Son illər kənd təsərrüfatı kooperasiyasının inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi mühüm proqramlar aqrar sektorun gələcək inkişaf perspektivlərindən xəbər verir.

Təlim çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ətrafında geniş müzakirələr, debatlar oldu. Kənd təsərrüfatı kooperasiyasının inkişafının gələcəkdə, istər məşğulluq baxımından, istər ərzaq təhlükəsizliyi baxımında geniş imkanlar yaradacağı və alternativ maliyyələşdirmə mənbələrinə geniş yol açacağı təlim iştirakçılarının ortaq fikirlərindən idi.

Gəncliyə Dəstək İctimai Birliyinin sədri Eldar Xəlilov cəmiyyətin və xüsusən də gəncliyin yenilikçi idealarla çıxış etməsi və onların fəaliyyətinin stimullaşdırılması baxımından əvəzedilməz rola malik olan alternativ maliyyələşdirmə mənbələri ilə bağlı təlimlərin xüsusən aqrar rayonlar üçün təşkil edilməsi təqdirə layiq addımdır.

Tədbirdə  maraqlı diskussiya, mövzu ilə bağlı maraqlandıran suallar cavablandırıldı, layihənin icrası yollarından  bəhs edən kitabça və bukletlər paylandı. Bütövlükdə tədbir, iştiraçlılar tərəfindən qiymətləndirildi. Sonda təlim iştirakçılarına sertifikatlar verildi. Təlim çay süfrəsi arxasında müzakirələrlə yekunlaşdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı