Zərdabda “Gənclər Azərbaycanın gələcəyidir”

Zərdab Rayon Gənclər və İdman İdarəsinin və “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər Azərbaycanın gələcəyidir” ı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açıb. İ. Əliyev diqqətə çatdırıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün dövlət siyasətində müstəsnalıq təşkil edir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Tədbirdə çıxış edən “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin icraçı direktoru Nicat Rəhimov gənclər siyasətindən, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub.
qhtxeber.az