RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Zabitimiz Çində 165 hərbçi arasında 1-ci oldu

26

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Komanda-Qərargah Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Dialoq.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun zabiti mayor İftixar Cəfərov akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diplom və qızıl medal alıb. Akademiyanın Ali İmtahan Komissiyasının qərarı ilə ona “Hərb elmləri, hərbi idarəetmə ixtisası üzrə magistr” dərəcəsi verilib.

Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 67 ölkədən 165 xarici hərbi qulluqçu təhsil alıb. Akademiyanı bitirən məzunlar arasında qırmızı diplom və qızıl medal yalnız Azərbaycan Ordusunun zabiti mayor İ.Cəfərova verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı