Zabitlərin döyüş hazırlığı yoxlanılıb

Əlahiddə Ümumqoşun Ordunun bölük, batareya komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı toplantısı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yoxlanış Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilib. Bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here