Zakir Həsənov Özbəkistana gedəcək

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here