RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Zamiq yeni layihəsi üçün modelyerlik etdi

66

Bu gün müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.

O, musiqisi özünə, sözləri İsmayıl Əsədova məxsus “Maya naqrada” adlı mahnını ekranlaşdırmaq qərarına gəlib. Zamiq bu dəfə iki obrazda kamera qarşısına keçib. Sənətçi geyimlərinin dizaynını özü verib, paltarlar bir ay ərzində ifaçı üçün özəl tikilib. Bundan əlavə, Zamiq ekran işinə də rejissorluq edib. Həmin layihənin prodüseri isə Azər Kərimovdur.

“Mahnının musiqisi özümüzə aiddir. Sözləri çox xoşuma gəldi. Bir hissəsi Azərbaycan, digəri rus dilindədir. 40-a yaxın yeni mahnımız var, amma bu, bizi daha çox oynatdı və klip çəkdirmək qərarına gəldik. Klipdə obraz, stilist işi, dekorasiya- bir sözlə hər şey mənə aiddir” deyə Zamiq klipi barədə qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı