Zaqatala şəhərində körpələr evi-uşaq bağçası

Zaqatala şəhərində yerləşən “Qızılgül” körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Ümumi sahəsi 1280 kvadratmetr olan bina ikimərtəbəlidir. 100 yerlik körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərir. Müəssisə lazımi avadanlıqla təchiz edilib. Bağçanın ərazisində geniş yaşıllıq zolağı salınıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here